Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən Den.az-a verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.
Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Yük avtomobili körpüdən aşaraq dəmir yolu xəttinin üzərinə düşdü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.