Almaniyanın Vuppertal şəhərində sərnişin avtobusunda bıçaqlı hücum baş verib.
Hadisə şəhər karnavalından qayıdan şəxslər arasında yaranan mübahisə zəminində baş verib. Münaqişə zamanı naməlum kişi sərnişinlərə bıçaqla hücum edib, nəticədə üç nəfər xəsarət alıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Sürücü avtobusu dərhal saxlayıb. Hücum edən şəxs hadisə yerindən qaçsa da, polis onu qısa müddət sonra saxlayıb.
Qanlı bıçaq hadisə yerinin yaxınlığındakı kolluqlardan tapılıb.
Faktla bağlı araşdırma aparılır.

