Lənkəranda dənizdə Aşağı Nüvədi kənd sakini Ələkbər Həsənzadənin meyiti aşkar edilib. Yerli KİV-lərin məlumatına görə, o, vaxtilə Ginnesin Rekordlar Kitabına düşmüş ən gənc idmançılardan biri olub.
Ələkbər Həsənzadə Moskvada keçirilən idman yarışının qalibi idi. O, 7 yaşında dünya rekordu müəyyənləşdirərək 1 saat 44 dəqiqə 25 saniyə ərzində arxası üstə uzanmış vəziyyətdə “press” hərəkətini 3 min dəfə yerinə yetirib.
Beləliklə, o, Ginnesin Rekordlar Kitabına daxil edilən ən gənc idmançı kimi tarixə düşüb. Kiçik idmançı qızıl medal və diplomla təltif olunmuşdu, həmçinin Rusiya tərəfindən rekordun qeydə alındığı təsdiqlənmişdi.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

