Mari Perl Zellmer dünyada ən böyük ağıza sahib qadın olaraq tanınıb.
Den.az xəbər verir ki, onun bu qabiliyyəti Ginnesin Rekordlar Kitabının rəsmi Instagram hesabında paylaşılmış videoda nümayiş etdirilib.
Zellmer ağzını 8 santimetrədək genişlikdə aça bilir. O, bu xüsusiyyətin əməliyyat nəticəsində əldə edilmədiyini, təbii olaraq belə bir ağıza sahib olduğunu vurğulayıb. Lakin, insanları "qorxutmamaq" üçün bu bacarığını çox istifadə etmədiyini də qeyd edib.