Dubayın turistik Palm Jumeirah rayonunda yerləşən Fairmont otelində raketin düşməsindən sonra yanğın baş verib.
Hazırda qonaqların köçürülməsi ilə bağlı qərar yoxdur və zərərçəkənlər barədə ilkin mərhələdə məlumat verilməmişdi. Otel və ərazi ənənəvi olaraq turistlər arasında populyardır.
Assosiasiyanın açıqlamasına görə, yanğın lokallaşdırılıb və söndürülüb.
Dubay hakimiyyəti də Palm Jumeirah ərazisində binada yanğın baş verdiyini təsdiqləyib. Bildirilir ki, hadisə yeri mühasirəyə alınıb və vəziyyət nəzarət altındadır.
Rəsmi məlumatlara əsasən, hadisə nəticəsində dörd nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib.
Dubay hakimiyyəti sakinlərə və turistlərə sakitliyi qorumağı, yalnız rəsmi mənbələrə istinad etməyi və sosial şəbəkələrdə video və foto paylaşmamağı tövsiyə edib.

