19 
fev
2024
08:34
180

Bakıda məşhur oteldə YANĞIN

19 fev, 2024
08:34
180

Bakıda məşhur oteldə YANĞIN

Bakıda tanınmış oteldə yanğın baş verib.

"Den.az" APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonundakı MONT INN otelində qeydə alınıb.

Alovlanma otelinin restoranının yerləşdiyi üçüncü mərtəbədə başlayıb. Yanğın zamanı binada köməksiz vəziyyətdə qalan 2 otel işçisi xilas edilib. Yanğın lokallaşdırılıb. Hadisə ilə əlaqədar Ağa Nematulla küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. 

Restoranda başlayan yanğın  otelin 312 nömrəli otağına keçib.  Hadisə yerinə çatan Xüsusi Riskli Xilasetmə  Xidmətinin əməkdaşları otaqda qalan iki xanımı alovdan xilas edərək çölə çıxarıb.




Bizimlə əlaqə saxlayın

Çox oxunanlar