İranın İsrailə endirdiyi raket zərbələri nəticəsində iki Azərbaycan vətəndaşı həyatını itirib.
Denmedia.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb. Bildirilir ki, Amid Murtuzov və Rüstəm Qulamov Təl-Əvivin Petah Tikva bölgəsinə düşən kaset tipli sursatın partlaması nəticəsində həlak olublar.
Məlumata görə, hər iki şəxs tikinti sahəsində çalışırmış və hadisə zamanı iş yerində olublar. Raket zərbəsi nəticəsində onlar aldıqları xəsarətlərdən həyatlarını itiriblər.




