Türkiyənin Tokat vilayətində 5,5 bal gücündə zəlzələ baş verib.
Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Məlumata görə, episentri Niksar rayonunda yerləşən zəlzələ yerli vaxtla saat 03:35-də baş verib. Yeraltı təkanların 6,37 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Zəlzələ Tokatla yanaşı Samsun, Çorum, Amasya, Sinop və ətraf vilayətlərdə də hiss olunub.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində dağıntı və insan tələfatı qeydə alınmayıb.

