Yalıkavak məhəlləsində yerləşən marinada lövbərdə olan motor yaxtada naməlum səbəbdən yanğın baş verib.
Bu barədə "Anadolu" agentliyi məlumat verib.
Yanğın küləyin təsiri ilə yaxınlıqda olan, uzunluğu təxminən 20 metr olan daha 4 motor yaxtaya yayılıb. Hadisə ilə bağlı əraziyə çoxsaylı yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğının söndürülməsi zamanı külək səbəbindən xilasedicilər vaxtaşırı çətinliklərlə üzləşiblər.
![]()
Hazırda yanğına həm qurudan, həm də dənizdən müdaxilə edilir və onun nəzarət altına alınması istiqamətində işlər davam etdirilir.

