Qazax rayonunda bədbəxt hadisə baş verib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, 2008-ci il təvəllüdlü A. Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək həyatını itirib.
Meyit məhkəmə-tibbi ekspertizaya göndərilib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

