Hindistanın Bulandşəhr şəhərində dəhşətli hadisə baş verib – ata 12 yaşlı qızını konfet üstündə döyərək öldürüb.
Times of India yazır ki, qız mağazadan konfet götürüb, lakin ödəniş etməyib. Bunu öyrənən ata onu taxta ilə döyüb. Hadisəyə müdaxilə etmək istəyən ana da xəsarət alıb.
Uşaq aldığı zərbələr nəticəsində həyatını itirib. Hadisədən sonra ata evi içəridən kilidləyərək heç kimin çıxmasına və əlaqə saxlamasına imkan verməyib.
Daha sonra o, evi tərk edib və qapını çöldən bağlayıb. Ana isə qonşularla əlaqə saxlayaraq polisə xəbər verə bilib.
Hazırda faktla bağlı cinayət işi açılıb, şübhəli şəxs axtarışa verilib.

