Xırdalan-Masazır-Novxanı avtomobil yolunun Zəngilan rayonundan olan qaçqın və məcburi köçkünlərin məskunlaşdığı şəhərciyə gedən yolda çökmə hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, dərhal əraziyə Abşeron rayon İcra Hakimiyyətinin , Bələdiyyənin, Abşeron Su Meliorasiya Sistemləri istismarı İdarəsinin , eləcədə AAYDA-nin əməkdaşları cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb .
Əraziyə Xüsusi texnikalar gətirilib, çökən yolun təmirinə başlanılıb.
Ehtimal edilir ki, yağan aramsız leysan yağışlardan sonra boruda sızıntı olub və torpaq qatını yuyub. Nəticədə belə bir hadisə qeydə alınıb.
Qeyd edək ki, Yol örtüyündə yaranan bu problemlər nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib ki, "Aparılmış ilkin araşdırmalara əsasən, çökməyə səbəb kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində suyun yol yatağını yuması olub. Baş vermiş hadisə ilə bağlı operativ tədbirlərin görülməsi və problemin aradan qaldırılması məqsədilə aidiyyəti quruma dərhal məlumat verilib.
Hazırda ərazidə vəziyyətin tam stabilləşdirilməsi və qəzanın aradan qaldırılması üçün aidiyyəti qurum tərəfindən müvafiq addımlar atılır", - deyə məlumatda vurgulanır.
Məlumat verilib ki, yaranmış problem qısa vaxt ərzində aradan qaldırılacaq və nəqliyyatın hərəkəti tam təmin ediləcək.
NİZAMİ RƏSULOV

