Sumqayıt şəhərində bir ailədən 6 uşaq dəm qazından zəhərlənib.
Denmedia.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsi Xəzri-2 yaşayış massivində , Cəbrayılovlar ailəsində qeydə alınıb.
Ailə başçısı DenazTV-yə müsahibəsində bildirdi ki, 9 uşaqdan 6-sı həmin vaxt hamam otağında olub. Ancaq özü həmin vaxt evdə olmayıb. Uşaqların anası isə həyətdə paltar sərirmiş. Uşaqlardan xəbər çıxmadığı görən ana hamam otağına daxil olarkən dəhşət yaşayıb. Uşaqlar bir birinin üstündə yerə yıxılı vəziyyətdə olublar.
Uşaqlara ilk tibbi yardımı qonşuluqda olan Əlvanə Şeydabayeva göstərib. Onun sözlərinə görə, uşaqlara vaxtında müdaxilə edilməsəydi indi onların heç biri həyatda yox idi.
Zəhərlənən şəxslər dərhal xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, dəm qazından zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.
Faktla bağlı araşdırma aparılır.
NİZAMİ RƏSULOV
Denmedia.az

