Dünən Abşeron yarımadasında yerləşən “Bozdağ–Güzdək” palçıq vulkanında növbəti püskürmə qeydə alınıb.
Püskürmə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəqəmsal stansiyaları tərəfindən qeydə alınıb.
Məlumata görə, hadisə yerli vaxtla saat 22:26-da başlayıb və altı dəqiqə davam edib. Püskürmə bir fazalı olub.
Palçıq vulkanlarının monitorinq stansiyalarının məlumatına əsasən, “Bozdağ–Güzdək” vulkanında ocağın dərinliyi 3,0 km, püskürmənin davametmə müddəti 6 dəqiqə, ayrılan enerji isə 6,32×10⁶ C olub.

