Vaşinqton polis rəisi Ceff Kerroll bildirib ki, ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi tədbirdə hücumda şübhəli bilinən Koul Tomas Allen həmin oteldə qalan şəxs olub. Bu barədə məlumatı Reuters yayıb.
Məlumata görə, şübhəli şəxsin üzərindən ov tüfəngi, tapança və bıçaqlar aşkar edilib.
“İlkin məlumata əsasən, şübhəlinin həqiqətən də bu otelin qonağı olduğunu düşünürük,” — deyə polis rəisi qeyd edib.
Kerroll əlavə edib ki, saxlanılan şəxs hazırda xəstəxanada müayinədən keçir, onun güllə yarası yoxdur. Hücumun motivi hələlik məlum deyil və istintaq davam edir.

