Bakıda qadın 6-cı mərtəbədən yıxılaraq həyatını itirdi.
Hadisə paytaxtın Binəqədi rayonunun Biləcəri qəsəbəsində baş verib.
Məlumata görə, 1985-ci il təvəllüdlü G. Zamanova evində pəncərə yuyarkən ehtiyatsızlıqdan yıxılıb və aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

