İranda İsrailin MOSSAD kəşfiyyat xidmətinə casusluqda ittiham olunan iki nəfər barəsində ölüm hökmləri icra edilib.
Bu barədə Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, Yaqub Karimpur və Nasir Bəkrzadə qanunla nəzərdə tutulmuş qaydada asılaraq edam olunublar.
İstintaq müəyyən edib ki, onlardan biri ABŞ və İsraillə qarşıdurmanın aktiv mərhələsində İranla bağlı məxfi məlumatları ötürüb.
Digər şəxs isə dövlət, regional və dini xadimlər barədə məlumat toplayaraq xarici kəşfiyyata göndərib.

