İranda Sultan Əli Şirzadi Fəxr barəsində çıxarılan ölüm hökmü icra olunub.
Bu barədə İranın məhkəmə sisteminə yaxın Mizan agentliyi məlumat yayıb.
Məlumata görə, o, xaricdə fəaliyyət göstərən müxalifətlə əlaqədə olmaqda və İsrailin “Mossad” kəşfiyyat xidməti ilə əməkdaşlıqda ittiham olunurdu.
İran hakimiyyətinin versiyasına əsasən, Şirazadi Fəxr “Mücəhidin-e Xəlq” təşkilatı ilə bağlı olub. Onun barəsində çıxarılan hökm Ali Məhkəmə tərəfindən təsdiqlənmişdi.

