Çində komaya düşən gəlin toyuna iki gün qalmış ayılıb. Bu barədə South China Morning Post yazır.
Van Janjan altı il ərzində nişanlısı Janq Sijuy ilə münasibətdə olub və cütlük 25 aprel tarixində toy etməyə hazırlaşırdı. Lakin 2026-cı ilin əvvəlində Van boğaz ağrısından şikayət edib. Onlar yerli klinikaya müraciət ediblər və ona iynə vurulub.
Janqın sözlərinə görə, həkimlər xəstədən allergiyası barədə soruşmayıb və dəri testi aparmayıb. İynədən bir neçə dəqiqə sonra Vanın dili keyiyib, qusma başlayıb və nəfəsi dayanıb. Təcili yardım briqadası onda anafilaktik şok qeydə alıb və o, komaya düşüb.
Toy tarixindən 48 saat əvvəl, 92 gün komada qaldıqdan sonra Van ayılıb. O, hələ danışa və hərəkət edə bilmir, lakin yaxınları bunu möcüzə adlandırır. Hazırda hadisə ilə bağlı polis araşdırma aparır.

