Uqandada ildırım üç qız uşağının ölümünə səbəb olub.
Bu barədə Nilepost News məlumat yayıb.
Hadisə ölkənin qərbində yerləşən Kabale rayonunda baş verib.
Məlumata görə, bölgədə güclü leysan və şimşəkli hava müşahidə olunub.
İki 13 yaşlı məktəbli və onlardan birinin dörd yaşlı bacısı pis hava şəraitindən qorunmaq üçün mətbəxdə gizləniblər.
Həmin vaxt evdə böyüklər olmayıb.
İldırım binaya düşən anda uşaqlar hadisə yerində həyatını itiriblər.
Qızların oxuduğu məktəbin direktoru faciənin həm məktəb, həm də bütün icma üçün ağır zərbə olduğunu bildirib.
Kənd icmasının rəhbəri isə qeyd edib ki, əlverişsiz hava şəraiti səbəbindən polisə dərhal məlumat vermək mümkün olmayıb və buna görə prosedurlar gecikib.
Hadisə ilə bağlı rəsmi qurumların hələlik açıqlama vermədiyi bildirilir.

