Gürcüstanın Qardabani rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində yeddi azərbaycanlı həyatını itirib.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən BMW markalı avtomobil ağaca çırpılıb. Nəticədə maşında olan azərbaycanlılardan beşi hadisə yerində ölüb, daha biri ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və sonradan dünyasını dəyişib.
Məlumata görə, həlak olanlardan ikisi qardaş olub və Qardabaninin Birlik kəndinin sakinləri idi. Digərləri isə Saqareco bölgəsindən olub.
Daha sonra yerli media qəzanın daha bir iştirakçısının — azərbaycanlının xəstəxanada vəfat etdiyini bildirib.
Gürcüstan Daxili İşlər Nazirliyi qəzanın başvermə səbəbləri ilə bağlı araşdırmaya başlayıb.
Qeyd edək ki, Qardabani rayonu Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazilərdən biridir.

