Maldiv adalarında ötən həftə itkin düşən dörd italiyalı dalğıcın meyiti aşkarlanıb.
Bu barədə BBC-yə rəsmi şəxslər məlumat veriblər.
Məlumata görə, İtaliya vətəndaşları Vaavu atolunda yerləşən mağaranın içərisində, təxminən 60 metr dərinlikdə tapılıblar. Onları finlandiyalı və maldivli dalğıclardan ibarət birgə qrup aşkarlayıb.
İlkin ehtimala əsasən, dalğıcların ölümünə oksigenin düzgün verilməməsi səbəb ola bilər.
Yaxın günlərdə meyitlərin çıxarılması üçün əlavə dalışlar həyata keçiriləcək,— deyə Maldiv hökumətinin nümayəndəsi Məhəmməd Hüseyn Şərif bildirib.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatı zamanı onun iştirakçılarından biri də həyatını itirib.

