İndoneziyada İkinci Dünya müharibəsi dövrünə aid bombanın partlaması nəticəsində 5 nəfər həlak olub, 3 nəfər itkin düşüb.
Bu barədə Jakarta Globe məlumat yayıb.
Məlumata görə, hadisə zamanı 19 yerli sakin yaralanıb.
“Partlayışın İkinci Dünya müharibəsi dövrünə aid bomba səbəbindən baş verdiyi ehtimal olunur. Araşdırma davam edir”, deyə məlumatda qeyd olunub.
Jurnalistlərin bildirdiyinə görə, partlayış hadisə yerinin yaxınlığında yerləşən 6 evin dağılmasına səbəb olub.
İlkin məlumata əsasən, bomba yerli sakinlər tərəfindən açılmağa çalışılarkən partlayıb. Ərazidə həmçinin partlamamış mina da aşkarlanıb.

