Almaniyanın Hemer şəhərində rus şairi və yazıçısı Aleksandr Puşkinin abidəsi oğurlanıb.
Bu barədə Rusiyanın Berlindəki səfirliyi Telegram kanalında məlumat yayıb.
Səfirlik hadisə ilə bağlı Almaniyanın hüquq-mühafizə orqanları ilə əlaqədə olduqlarını bildirib.
“Səfirlik Hemer şəhərində böyük rus şairi A.S.Puşkinin abidəsinin oğurlanması barədə məlumatdan təəccüblənib”, — deyə açıqlamada qeyd olunub.
Məlumata görə, təxminən 1,8 metr hündürlüyündə olan bürünc fiqur 1994-cü ildə heykəltəraş Qriqori Pototski tərəfindən hazırlanıb və Rusiyanın qardaş şəhəri Şyolkovodan hədiyyə edilib.
Abidə alman və rus xalqları arasında dostluğun rəmzi kimi nəzərdə tutulmuşdu.

