Ukraynanın Milli Yaddaş İnstitutu rus şairi Aleksandr Puşkini, eləcə də onunla əlaqəli yer adları və mədəni irs obyektlərini “Rusiya imperializminin təbliği” kimi tanıyıb.
DenMedia.az xəbər verir ki, bu barədə məlumatı TASS İnstitutun sənədlərinə istinadla yayıb.
Bu qərara əsasən, Kiyev hakimiyyəti ədibin adı ilə bağlı bütün abidələrin və toponimlərin “dekommunizasiyasını” həyata keçirməyi planlaşdırır.
Son illərdə Ukraynada şairin xatirəsinə yönəlmiş vandallıq aktları geniş yayılıb.
Müxtəlif şəhərlərdə Puşkinin heykəlləri və büstləri sökülüb, xatirə lövhələri məhv edilib, küçə və meydan adları dəyişdirilib.
İndi isə bu addımlar rəsmi-hüquqi status qazanıb.