Ağdam rayonunda 17 yaşlı qız səhvən su əvəzinə sirkə turşusu içdiyi üçün xəstəxanaya yerləşdirilib.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Əfətli kəndində baş verib.
İlkin məlumata əsasən, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında qabdakı mayeni su zənn edərək səhvən sirkə turşusu içib.
Yaxınları onu dərhal Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Burada yeniyetməyə ilkin tibbi yardım göstərilib.
Həkimlərin müayinəsindən sonra pasiyentin müalicəsinin davam etdirilməsi üçün Bakıda yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə köçürülməsinə qərar verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

