Uqandada məktəb avtobusunun ağır qəzaya uğraması nəticəsində 21 nəfər həyatını itirib.
Bu barədə yerli polisin nümayəndəsi Maykl Kananura “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, qəza Kapçorva dairəsinin Çekvati kəndində baş verib. Ölənlər arasında 20 məktəbli və onları müşayiət edən bir yetkin şəxs var.
Avtobus şagirdləri ölkənin şərqində yerləşən Sipi şəlalələrinə ekskursiyaya aparıb. İlkin məlumata görə, geri dönüş zamanı sürücü qəfil idarəetməni itirib.
Avtobus yüksək sürətlə yoldan çıxaraq kənardakı böyük qayaya çırpılıb və aşıb.
Polis faciəvi qəzanın bütün səbəblərini və başvermə şəraitini araşdırır.

