Xocavənd rayonunda açıq ərazidə yanğın baş verib.
DenMedia.az report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Ərazinin minalarla çirklənməsi yanğının söndürülməsini çətinləşdirir.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

