Banqladeşin Kuştiya bölgəsinin Bheramara rayonunda yaşayan 30 yaşlı Sumon Hossain dünya çempionatının finalından sonra evində ölü tapılıb.
Yerli medianın məlumatına görə, Hossain Argentina–İspaniya qarşılaşmasını izlədikdən sonra gecə saatlarında evə qayıdıb. Evə gec gəlməsi və ailə məsələləri səbəbindən onun həyat yoldaşı ilə mübahisə etdiyi bildirilir.
Sosial şəbəkələrdə Hossainin Argentina millisinin finalda məğlubiyyətini qəbul edə bilmədiyi üçün həyatına son verdiyi iddia olunub. Lakin ölümün birbaşa matçın nəticəsi ilə bağlı olduğunu təsdiqləyən məlumat yoxdur.
Polisin ilkin araşdırmasında intihar ehtimalı nəzərdən keçirilsə də, hadisənin dəqiq səbəbinin hələ müəyyənləşdirilmədiyi açıqlanıb. Araşdırma davam etdirilir.
İspaniya dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək çempion olub.

