“Şamaxı” futbol klubu ağır itki ilə üzləşib.
Klubun U-13 komandasının üzvü Seyidəli Babazadə faciəvi şəkildə həyatını itirib.
Azyaşlı futbolçu bu gün Qax rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin qurbanı olub.
Hadisə nəticəsində bir neçə nəfərin də müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Allah rəhmət eləsin. Yaxınlarına, ailəsinə və “Şamaxı” futbol klubunun kollektivinə dərin hüznlə başsağlığı veririk.

