Mərakeş qadın futbolunun ən böyük istedadlarından biri hesab edilən 20 yaşlı Faten Ben Omar El Azizi Avropaya keçmək istəyərkən həyatını itirib.
Məlumata görə, “Moghreb Atletico de Tanger” klubunda çıxış edən gənc futbolçu Fnideq şəhərindən İspaniyanın Seuta şəhərinə qeyri-qanuni yollarla üzərək keçməyə çalışıb.
Sərhədi dəniz yolu ilə keçmək istəyən idmançı güclü axına düşüb. Yerli medianın məlumatına əsasən, o, axına müqavimət göstərə bilməyərək boğulub.
Faciəli xəbərin ardından “Moghreb Atletico de Tanger” klubu rəsmi başsağlığı yayıb. Klub gələcəyi böyük ümidlər vəd edən futbolçunun vəfatını dərin kədərlə təsdiqləyərək onun ailəsinə və yaxınlarına başsağlığı verib.

