ABŞ Prezidenti Donald Trampın qolf klubuna gəlməsindən əvvəl obyektin yaxınlığında silahlı şəxs saxlanılıb.
Yerli şerif ofisinin açıqlamasına görə, saxlanılan şəxs 38 yaşlı Canin Con Teyldir.
Polis onun avtomobilində dolu tapança aşkarlayıb. Daha sonra şübhəlinin evində aparılan axtarış zamanı hücum tüfəngi, iki ədəd ratsiya, gülləkeçirməz jilet və istintaqın narahatlıq doğurduğunu bildirdiyi qeydlərlə dolu bir neçə bloknot tapılıb.
Hadisənin motivi və saxlanılan şəxsin Trampa qarşı konkret planının olub-olmadığı barədə hələlik məlumat verilməyib.

