Samux rayonunda qidadan olduğu ehtimal edilən kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.
DenMedia.az report-a istinadən xəbər verir ki, rayonun Alıuşağı kəndindən 5 nəfər Gəncə şəhərindəki Abbas Səhhət adına Birləşmiş Xəstəxananın infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.
Həmin şəxslərin ət məhsulundan zəhərləndiyi ehtimal olunur. Xəstəxanaya yerləşdirilənlər Kəlbəcər, Daşkəsən və Gəncə sakinləridir.
Zəhərlənən şəxslər Seymur Əliyev (1984), Elçin Cabbarov (1986), Mehriban Orucova (1975), Azər Allahverdiyev (1980) və Məlahət Allahverdiyevadır (1976).
Faktla bağlı araşdırma başlanılıb.

