İsmayıllı rayonunun Minkə kəndində təsərrüfat məqsədilə istifadə olunan tullantı quyusunda iki uşaq – bacı və qardaş boğularaq həyatını itirib.
Denmedia.az APA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 2011-ci il təvəllüdlü Əfsanə Rövşən qızı İsmayılova və onun qardaşı, 2014-cü il təvəllüdlü Cahan Rövşən oğlu İsmayılov ölüb.
Kənd sakinlərinin sözlərinə görə, tullantılar üçün qazılmış quyular yaxınlıqdakı heyvandarlıq təsərrüfatına aid olub.
Hadisədən sonra uşaqların meyitləri quyudan çıxarılaraq İsmayıllı morquna təhvil verilib. Müvafiq baxış keçirildikdən sonra meyitlər ailələrinə verilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

