İmişli rayonunda keçirilən toy mərasimi zamanı ölüm hadisəsi baş verib.
Denmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə avqustun 23-də saat 23:00 radələrində İmişli şəhəri, Həsənoğlu küçəsində yerləşən “Nərgizim” şadlıq sarayında qeydə alınıb.
Məmmədəli kənd sakini, 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlının səhhəti qəfil pisləşib və o, həyatını itirib.
İlkin məlumata görə, gəncin ürəktutmadan vəfat etdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.

