Bakıda aptek bazada meyit tapılıb.
Denmedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi B.Bünyadov küçəsində yerləşən köhnə aptek bazada qeydə alınıb.
Orada mühafizəçi işləyən, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Orxan Fariz oğlu Əliyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

