Şəki şəhərinin mərkəzində sahibsiz itlər 59 yaşlı kişiyə hücum edərək ona ağır xəsarətlər yetirib.
Denmedia.az Xəzər TV-ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.
Zərərçəkmişin sözlərinə görə, o, fəhlə kimi çalışır və səhər küçədə olarkən itlər onun üzərinə hücum edib, yerə yıxıblar. Nəticədə kişi müxtəlif bədən xəsarətləri alıb.
Hadisə barədə onun ailə üzvlərinə xəstəxanadan məlumat verilib.
Hazırda kişi ambulator müalicə alır. Həkimlər bildiriblər ki, burun nahiyəsində yaxın zamanda əməliyyat aparılmasa, toxuma nekrozu kimi ciddi fəsad yarana bilər.
Zərərçəkmiş xüsusilə hücumun ucqar ərazidə deyil, Şəki şəhərinin mərkəzində baş verməsindən narahatlığını ifadə edib.

