Ucar rayonunda zibil poliqonunda yanğın baş verib.
Denmedia.az APA-ya istinadla xəbər verir ki, yanğın ümumi sahəsi 3 hektar olan poliqonda qeydə alınıb və hazırda təxminən 1 hektar ərazini əhatə edir.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon hissəsinin şəxsi heyəti və texnikası cəlb olunub.
Yanğınsöndürənlər alovun qarşısının alınması və tam söndürülməsi istiqamətində tədbirlər görürlər.
Yanğın nəticəsində poliqon ərazisindən keçən elektrik xətləri zədələnib, bu səbəbdən bir neçə kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hadisə Bakı-Qazax avtomagistralının yaxınlığında baş verdiyindən qalın tüstü yolda görünüş məsafəsini məhdudlaşdırır.

