Bakının Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 46 yaşlı Samir Baxşıyev saxlanılıb.
Onun üzərində aparılan axtarış zamanı 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

