Saatlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 37 yaşlı Miriş Miriyev tutulub.
Onun üzərinə baxış zamanı 9 kiloqrama yaxın həşiş və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

