sen
2023
19:00
153

Bulvarda özünü dənizə atan qadın xilas edildi - VİDEO

8 sen, 2023
19:00
153

Bulvarda özünü dənizə atan qadın xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən Den.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 34 yaşlı Ş.Cəfərovanı dalğıclar xilas edərək, ilkin yardım göstərib və aidiyyəti üzrə təhvil veriblər.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar