Xaçmaz rayonunun Xanoba kəndində yaşayış evində güclü yanğın baş verib.
Hadisə nəticəsində ev sahibi, 1936-cı il təvəllüdlü Minacət İsrafilova həlak olub.
Kənd sakinlərinin sözlərinə görə, Xudat şəhəri ilə Xanoba kəndi arasında təxminən 30 kilometr məsafə var. Onlar hesab edirlər ki, bu səbəbdən yanğınsöndürənlərin hadisə yerinə çatması uzun çəkir və yanğınların fəsadları daha ağır olur.
“Yaxınlıqda yanğınsöndürmə briqadası olsa, daha yaxşı olar”, – deyə sakinlər bildiriblər.

