ABŞ Prezidenti Donald Tramp İran pilotsuz uçuş aparatlarının (PUA) ona mümkün hücumu ilə bağlı zarafat edib.
Ağ Evin qarşısında jurnalistin sualını cavablandıran Tramp bildirib ki, belə bir hücum baş verərsə, onun yaxınlığında olan media nümayəndələri də təhlükə ilə üzləşəcəklər.
“Mən sizin üçün narahatam. Çünki onlar məni vursalar, sizin də axırınız çatacaq”, – deyə Tramp jurnalistlərə zarafatla bildirib.

