Xaçmaz rayonunda avtomobilin aşması nəticəsində bir nəfər həlak olub, üç nəfər xəsarət alıb.
Hadisə noyabrın 16-da saat 03:00 radələrində Yalama–Xudat yolunda baş verib.
Asim Muradxanov idarə etdiyi avtomobilə nəzarəti itirərək yolun sağ kənarına aşıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Avtomobildə olan sərnişinlər Şadrik Babaxanov, Rafik Arzumanov və Raik Ramazanov isə yüngül xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.

