ABŞ-də universitet tələbəsi dostları ilə rəqs edərkən 8-ci mərtəbənin pəncərəsindən yıxılıb və möcüzəvi şəkildə sağ qalıb.
Corciya Universitetinin tələbəsi Kristin Sargent dostları ilə birlikdə mənzildə musiqi sədaları altında rəqs edərkən qəza baş verib.
İddiaya görə, Mayli Sayrusun “The Climb” mahnısı səslənərkən geriyə hərəkət edən qız pəncərədən təxminən 20 metr aşağı düşüb.
Dostlarının polisə verdiyi ifadəyə əsasən, Sargent hadisədən əvvəl spirtli içki qəbul edib və mebellərin üzərində rəqs edib.

Bildirilir ki, tələbə yıxılarkən metal skamyaya çırpılıb. Skamyanın zərbənin təsirini azaltdığı və onun həyatını xilas etmiş ola biləcəyi ehtimal edilir.
Xəstəxanaya yerləşdirilən gənc qızın ayağında ciddi sınıq və döş qəfəsində xəsarətlər aşkarlanıb.
Hadisənin təfərrüatları polis əməkdaşlarının bədən kameralarına düşən görüntülərin yayılmasından sonra yenidən gündəmə gəlib.

