Avstriyanın keçmiş xarici işlər naziri Karin Knayslın ölkə vətəndaşlığından çıxarılması məsələsi gündəmə gəlib.
“Kronen Zeitung” qəzetinin məlumatına görə, məsələ hazırda Vyana şəhər administrasiyasının miqrasiya şöbəsində araşdırılır.
Vyana merinin müavini Bettina Emmerlinqin mətbuat katibi bildirib ki, Knayslın xaricdəki fəaliyyəti ilə Avstriyanın maraqlarına zərər vurması ehtimalı araşdırmanın əsas istiqamətlərindən biridir.
Bundan başqa, keçmiş nazirin başqa ölkənin pasportuna sahib olub-olmaması da yoxlanılacaq. Bu hallar onun Avstriya vətəndaşlığından məhrum edilməsinə əsas ola bilər.
Knaysl isə məsələni Rusiyada işləməsi ilə əlaqələndirib.
“Mənim cinayətim Rusiya universitetində dərs deməyimdir”, – deyə keçmiş nazir bildirib.

