Kürdəmirdə üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə noyabrın 16-da saat 18:04 radələrində Bakı prospektində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Elvin Hacıyevin sözlərinə görə, Kamran Cəfərovun idarə etdiyi “Mitsubishi” qarşıda hərəkət edən, Elçin İbrahimovun sükanı arxasında olduğu “Nissan”a çırpılıb. Zərbənin təsirindən “Nissan” qarşı hərəkət zolağına çıxaraq Anar Cəfərovun idarə etdiyi “Mercedes”lə toqquşub.
Qəza nəticəsində iki sürücü, eləcə də “Mercedes”in sərnişinləri – Gəncə sakinləri, 2007-ci il təvəllüdlü Pərişan Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Tağıyev xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.

