Ağdaş rayonunda 26 yaşlı gəncin meyiti yaşadığı evdə aşkarlanıb.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb.
Qazax rayon sakini, 2000-ci il təvəllüdlü Eltac Əfqan oğlu Xuduyevin meyiti yaşadığı evdə tapılıb.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

