Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər həlak olub.
Qəza Mingəçevir–Bəhrəmtəpə avtomobil yolunun Aran qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində Naftalan şəhər sakinləri – 2000-ci il təvəllüdlü Pəri Məstəliyeva və Tural Əliyev həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır.

