Azərbaycan millisi Andorra ilə səfərdə keçirdiyi yoldaşlıq oyununda 3:1 hesabı ilə qalib gəlib.
Görüş Andorranın Enkamp şəhərindəki “Estadi de la FAF” stadionunda baş tutub.
Hesabı 2-ci dəqiqədə Əşqin Əhmədov açıb. 47-ci dəqiqədə Musa Qurbanlı millimizin üstünlüyünü artırıb.
55-ci dəqiqədə Rikard Fernandes hesab arasındakı fərqi azaltsa da, 70-ci dəqiqədə Toral Bayramov penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib – 3:1.
Qarşılaşma millimizin kapitanı Emin Mahmudov üçün vida oyunu olub. Futbolçu Azərbaycan yığmasının heyətində 66-cı və sonuncu matçına çıxıb.

